Xalq artisti reanimasiyaya yerləşdirildi – “Vəziyyəti ağırdır”

  • Space TV
  • 3 Dekabr 2019 16:26

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

SPACE TV xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:

“Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.

Paylaş

 Xəbəriniz olsun