Xalq artisti infarkt keçirdi: Vəziyyəti ağırdır

  • Space TV
  • 18 Yanvar 2021 15:43

Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirilib.

Spacetv.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

Onun sözlərinə görə, Xalq artisti ötən gün infarkt keçirib:

“E.Quliyev əvvəlcə özəl xəstəxanaya aparılsa da, daha sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

Paylaş

 Xəbəriniz olsun