Xaçmazlı könüllü bacılardan xeyirxah əməl: Küçə itləri üçün sığınacaq yaratdılar

  • SpaceTV
  • 15 Oktyabr 2019 12:50

Xaçmazda könüllü qızlar küçə itləri üçün sığınacaq yaradıb.

SPACE TV xəbər verir ki, üç ildir fəaliyyət göstərən sığınaqda hazırda 120-ə yaxın küçə iti saxlanılır. 

Rayonda köhnə fermanı icarəyə götürən könüllü bacılar – Nailə Rüstəmli və Hava Rüstəmli ətraflarına heyvansevərləri toplayaraq yaralı, yolda avtomobillə vurulan, xəstə, sahibi tərəfindən döyülərək küçəyə atılan itləri bu sığınacağa gətirərək müalicə edirlər. 

Heyvanlara hər gün 100 kiloqram aşağı keyfiyyətli, amma bişirilmiş ət verilir. Buradakı itlərə vaxtı-vaxtında bütün peyvəndlər vurulur.

İtlərin yemlənməsi, müalicəsi və digər xərclər üçün hər ay 1500 manata yaxın vəsait xərclənir. 

Onların arzusu gələcəkdə regionda heyvanlara xidmət edən klinikanın olmasıdır.

Paylaş

 Xəbəriniz olsun