XAÇMAZDA SILAH-SURSAT AŞKAR OLUNUB

  • SpaceTV
  • 1 İyul 2020 16:49

Məlumatla əlaqədar dərhal Xaçmaz  RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən 6 ədəd üzərində partladıcısı olmayan F-1 əl qumbarası, 361 ədəd 7.62 mm-lik, 96 ədəd 5.45 mm-lik, 16 ədəd 9 mm-lik, 7 ədəd 12.7 mm-lik və 14.5mm-lik patronlar aşkar olunub. Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun