Xaçmazda reyd keçirildi

  • Space TV
  • 17 Dekabr 2020 15:36

Xaçmazda sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı reydlər keçirilir, qaydalara riayət etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür. Həmçinin, yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması da yoxlanılır, müvafiq qaydada icazə almadan yaşadıqları ünvanları tərk edən şəxslərlə profilaktiki söhbətlər aparılaraq, onlara sərtləşdirilmiş karantin rejiminin tələbləri çatdırılır.

Bundan əlavə rayonun giriş və çıxışlarında karantin postları qurulub. Rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən yoxlanılır, xüsusi icazələri olmadan rayon ərazisinə daxil olmaq istəyən şəxslər isə yaşadıqları ünvanlara geri qaytarılırlar.

Paylaş

 Xəbəriniz olsun