Xaçmazda on min manatlıq tros və naqilləri oğurlayan dəstə üzvləri saxlanılıb.

  • SpaceTV
  • 14 Mart 2020 12:34

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin və Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı-Sumqayıt sürət qatarının marşrut xətti üzərində yerləşən ümumi dəyəri 10 min manata yaxın olan 150 metr aparıcı trosu və ikiqat kontakt naqilləri oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.Araşdırmalarla həmin şəxslərin 33 yaşlı İlkin Niftəliyev və əvvəllər məhkum olunmuşlar 30 yaşlı Mövlan Quliyev və 28 yaşlı Ağasif Babayev olduqları müəyyən edilib.Dindirilmə zamanı dəstə üzvləri törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları naqilləri Sumqayıt şəhəri ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə iki min manata satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.

Həmin məntəqənin ünvanı polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, naqillər maddi sübut kimi oradan götürülüb.Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsində cinayət işi açılıb, dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun