Xaçmazda narkotik vasitələrin satışında şübhəli bilinən şəxs saxlanılıb.

  • Space TV
  • 8 Yanvar 2020 14:50

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini 44 yaşlı Çingiz Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı Çingiz Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun