Xaçmazda iki maşın toqquşub, xəsarət alan var.

  • Space TV
  • 22 Yanvar 2020 15:45

Xaçmaz-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.İki minik avtomobili toqquşub.Qəza Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Tural Əliyevin idarə etdiyi “VAZ”-2107 və Xaçmaz rayonunun Bayoba kənd sakini , Vüsal  Şahbazovun idarə etdiyi “VAZ”-2106 markalı avtomobillərin toqquşması nəticəsində baş verib.Qəza zamanı “VAZ”-2107 markalı avtomobilin sürücüsü  müxtəlif bədən xəsarətləri alıb.Yaralı  Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Avtomobillər isə yararsız vəziyyətə düşüb. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun