Xaçmazda fərdi yaşayış evində yanğın olub

  • SpaceTV
  • 12 Sentyabr 2019 11:09

Space TV –nin bölgə müxbiri məlumat verir ki, Xaçmaz rayonunda yanğın qeydə alınıb.

Məlumata görə, hadisə Xaçmazın Hacıəlibəy kəndində baş verib. Yanğın zamanı ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət ev dam örtüyünün də bir hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun