Xaçmazda ev yanıb.

  • Space TV
  • 31 Dekabr 2019 16:59

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində  ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 kvadratmetr sahədə və dam örtüyü 50 kvadratmetr sahədə yanıb.Hadisə yerinə Xaçmaz rayon DYMH-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvə cəlb edilib.Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Emin Vaqifoğlu SPACE TV 

Paylaş

 Xəbəriniz olsun