Xaçmazda dəhşətli qətl: Qayınata və qayınanasını yatdığı yerdə öldürdü, arvadını yaraladı

  • Space TV
  • 18 Sentyabr 2020 11:27

Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.

Spacetv.az-ın verdiyi məlumata görə, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılsa da xəstəxanada ölüb.

Əldə olunan məlumatlara görə, hadisəyə səbəb qohumlar arasında baş vermiş münaqişə olub. R.Osmanov həyat yoldaşı və onun valideynləri ilə yola getməyib. 

R.Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.

İlkin ehtimala görə, R. Osmanov hadisəni törədən zaman sərxoş olub.

Paylaş

 Xəbəriniz olsun