Xaçmazda bədbəxt hadisə avtomobil ağaca çırpılıb

  • Space TV
  • 26 Dekabr 2019 13:52

Bu gün səhər saatlarında Quba-Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə yolun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.”Toyoto Prado” markalı avtomobili idarə edən sürücü Üçgünqışlaq kənd sakini, 81 yaşlı İkram Əliyev  idarəetməni itirib avtomobil yoldan çıxaraq sürətlə ağaca çırpılıb.Nəticədə sürücü yerindəcə dünyasını dəyişib,avtomobildə olan  həyat yoldaşı  47 İlhamə Gülməmmədova isə  ağır yaralanıb. Avtomobil deformasiyaya uğradığından hər iki şəxs maşında sıxılmış vəziyyətdə qalıb. Sürücü və sərnişin avtomobildən çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.Yaralı təcili-tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilk yardım göstərildikdikdən sonra yaralı Bakıya-Travmatologiya İnstitutuna göndəriləcək. İlkin ehtimala görə, avtomobil hərəkətdə olarkən sürücünün ürəyi dayanıb və nəticədə qəza baş verib.Faktla bağlı araşdırma aparılır.

Emin Vaqifoğlu SPACE TV          

Paylaş

 Xəbəriniz olsun