Xaçmazda 449 qram marixuana aşkarlanıb

  • Space TV
  • 24 Dekabr 2019 14:34

Xaçmaz RPŞ əməkdaşlarının əldə etdiyi məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncəli kənd sakini Müslüm Manafov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın, idarə etdiyi “Mercedes” markalı avtomobildən isə 449 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun