Xaçmazda 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb

  • SpaceTV
  • 24 Avqust 2019 15:41

Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.

Paylaş

 Xəbəriniz olsun