Xaçmaz Şəhidlər Xiyabanı əsaslı təmir edildi – FOTO

  • Space TV
  • 19 Yanvar 2021 17:39

Xaçmaz şəhərində Şəhidlər Xiyabanında əsaslı təmir-tikinti və yenidənqurma işləri aparılıb. 

Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, xiyabanda Azərbaycan Respublikasının Milli Qəhərmanı Yavər Şahbazovun büstü qoyulub, Birinci Qarabağ müharibəsində şəhid olan 226 nəfərin, İkinci Qarabağ müharibəsində şəhid olan 48 nəfərin və 20 yanvar 1990-cı ildə şəhid olan bir nəfərin xatirə lövhələri yenidən yüksək keyfiyyətlə hazırlanıb.

Şəhidlər Xiyabanın giriş hissəsində şəhidlərimizin ölməz ruhunun ucalığını əks etdirən ay – ulduzlu 17 m hündürlükdə rəmzi abidə ucaldıldılıb. 

Paylaş

 Xəbəriniz olsun