Xaçmaz rayonunda daha 11 Qarabağ müharibəsi əlili yeni fərdi yaşayış evləri ilə təmin ediliblər.

  • Space TV
  • 28 Dekabr 2019 10:35

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara, eləcə də bu döyüşlərdə şəhid olmuş insanların ailələrinə dövlət qayğısı mütəmadi olaraq artırılır.Bu təbəqələrdən olanlar qanunvericiliklə bir sıra imtiyazlara malikdirlər və  onlara yönələn sosial ödənişlər də ilbəil artır.Yeni il ərəfəsində 3 otaqlı fərdi yaşayış evi ilə təmin olunanlardan biri də Xaçmazın Arzu qəsəbəsinin sakini Mübariz Hacıəliyevdir.

Rayonda Qarabağ əlillərinə təqdim olunan 11-yaşayış evindən 9-u 3-otaqlı,2-si isə 2-otaqlıdır.Köhnə Xaçmaz kəndində yaşayan Zöhrab Nadirov da 2-otaqlı fərdi mənzil ilə təmin olunub.Mənzil mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub və tam təmirlidir.

Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı artıq 7400-ə yaxındır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun