Xaçlı müsəlmanlar

  • SpaceTV
  • 9 Oktyabr 2019 12:01

Hamıya bəllidir ki, dunyada mədəniyyət savaşı gedir. Hər bir xalq öz mədəniyyətini önə çıxarmaq, daha çox yaymağa can atır. Bu daha çox musiqi, incəsənət, folklor və dəb vasitəsilə təlqin olunur. Amma bəzən bu dəbə kor-koranə uymaq anlaşılamaz vəziyyət yaradır. Zəngin mədəniyyətə malik müsəlmanların özlərinə məxsus dəyərləri, simvolları olsa da son zamanlar gənclər arasında xristianlığın simvolu sayılan  xaç işarəsinin çoxalması halları müşahidə olunur.

İlahiyyatçılar isə bunun , dini nöqteyi nəzərdən düzgün olmadığını deyirlər. Bildirilir ki, müsəlman başqa dini etiqada məxsus simvolu üzərində gəzdirməməlidir.

İstər əşyalara, istərsə də müxtəlif simvollara qarşı maraq, insanlarda tarixən olub. Sadəcə, bəzi insanlar belə simvollardan inanclarına görə istifadə etdiyi halda bəziləri üçün bu, sadəcə aksesuardır.

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun