Xaçınçay su anbarı ilə bağlı təkliflər hazırlanır – AÇIQLAMA

  • Space TV
  • 9 Fevral 2021 17:18

“İşğaldan azad edilən Ağdam rayonunda olan Xaçınçay su anbarında monitorinqlər davam edir və qiymətləndirmələr aparılır”.

Spacetv.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. 

O qeyd edib ki, təkliflər hazırlanır və yaxın günlərdə bununla bağlı daha ətraflı məlumat veriləcək:

“İşğaldan azad edilən ərazilərdə olan digər çaylarla bağlı da fəaliyyətimiz davam etdirilir”.

Paylaş

 Xəbəriniz olsun