Son günlər ölkəmizdə yeraltı təkanlar tez –tez qeydə alınır. Həmçinin yaxın günlərdə Qubada, bu gün isə Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib. Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə əsasən son günlərdə 17 yeraltı təkan qeydə alınıb. Xəzər dənizini zəlzələ ocaqları əhatə edir. Dənizdə baş verən zəlzələnin təhlükəsi daha çox orda yerləşən kommunikasiyalara təsir göstərir. Yəni neft quyuları və dənizin dibində olan boru kəmərləri üçün təhlükəli hesab edilir. Zəlzələnin təsiri Bakı üçündə qaçılmaz hesab edilir.
TURAL ŞAHİNOĞLU – SPACE TV