Xəzərdə su səviyyəsi enir

  • Space TV
  • 28 Dekabr 2019 17:45

Son 15 ildir ki, Xəzər dənizinin suyunda azalma müşahidə edilir. Bu hal intensiv şəkildə baş verərsə  fəsadlar qaçılmaz olacaq. Problem  dəniz limanlarının işi ilə yanaşı balıqçılıq sahəsinə də ciddi təsir edəcək. Araşdırma mövzumuzla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov qeyd etdi ki, Xəzər dənizində suyun səviyyəsində ildə 1 metr buxarlanma baş verir.

İqlim dəyişmələri istər qlobal, istərsə də lokal xarakter daşısın, bu hal bütün eko sistemə təsir etdiyi kimi Xəzər dənizindən də yan keçmir.

Aparılan müşahidələrə görə, Azərbaycan ərazisində atmosver yağıntılarında son 20 ildə  14% qədər azlama müşahidə edilir ki, bu da böyük rəqəmdir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva  da bildirdi ki, məhz yağıntıların ara verməsi dağ çaylarında sululuğun da azalmasına gətirib çıxarır, bu da  Xəzər dənizində azalmalara səbəb olur.

Onu da qeyd edək ki, Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınması məqsədilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ölkədə istilik effekti yaradan qazların konsentrasiyasının azaldılmasına yönələn tədbirlər həyata keçirir.

İlkin Həsənli SPACE TV

Paylaş

 Xəbəriniz olsun