Xəzərdə estakada yaxınlığında bir nəfər batdı

  • SpaceTV
  • 18 Noyabr 2019 15:58

Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlu batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Paylaş

 Xəbəriniz olsun