Xəzərdə dalğanın hündürlüyü 5.3 metrə çatıb

  • Space TV
  • 22 İyul 2020 15:45

Bölgələrdə və paytaxt Bakıda hava dəyişkənliyi müşahidə olunur.

Ekologiya və təbii sərvətlər nazirliyinin milli hidrometeorologiya xidmətinin baku.Tv-yə verdiyi məlumata görə, iyulun 22-si səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, böyük və kiçik qafqazın bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub. Hidrometeorologiya xidmətinin hidrologiya mərkəzinin direktoru Asif Verdiyevin sözlərinə görə, qazax rayonunun birinci şıxlı və ikinci şıxlı kəndləri ərazisində iyulun 21-də 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.

Neft daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.3 metrə çatıb. SOCAR-in ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, hazır ki hava şəraiti ilə əlaqədar dəniz platformalarından işçilərin təxliyyəsi nəzərdə tutulmayıb.

Bölgələrdə qeyri sabit hava şəraiti iyul ayının 24-dək davam edəcək. Bakıda və abşeron yarımadasında isə gün ərzində müşahidə olunan küləkli hava şəraitinin iyul ayının 23-dən etibarən mülayimləşəcəyi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun