Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatdı – FAKTİKİ HAVA

  • Space TV
  • 23 Fevral 2021 17:40

Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 23-ü saat 17:00-a olan məlumatına əsasən, ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib. Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır. 

Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,3 metrə çatıb.

Paylaş

 Xəbəriniz olsun