Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhəddində baş vermiş silahlı insident nəticəsində azərbaycanlı balıqçı dünyasını dəyişib.

  • SpaceTV
  • 2 May 2020 12:34

Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhəddində insident zamanı odlu silahdan istifadə edilib. Hadisə zamanı bir vətəndaşımız dünyasını dəyişib, ikisi yaralanıb, digəri isə həbs olunub.  Əməkdaşımız vəfat edənin ailəsində olub. Onların hadisə ilə bağlı fikrlərini öyrənib.

Mərhumun qardaşı Malik İbrahimov bildirdi ki, sonuncu dəfə 51 yaşlı qardaşı Qəhrəman evdə olub. Hadisə isə iki gün sonra baş verib. Ehtimala görə, balıqçı qayığının motorunda nasazlıq yaranıb, nəticədə dalğalar qayığı Qazaxıstan ərazisinə aparıb.

Qəhrəman İbrahimvdan savayı qayıqda Neftçala sakinləri, 44 yaşlı  Elşən Hüseynbala oğlu Əhmədov, 50 yaşlı Şakir Əşrəf oğlu Novruzov, 41 yaşlı Emin Nəriman oğlu Nuriyev də olub. Elşən Əhmədovun anası da oğlu barədə heç yerdən məlumat ala bilmədiyindən çox narahatdır.

İlkin məlumata görə, Qazaxıstanın qanunları əsasında balıqçılardan biri barəsində iki aylıq  həbs qəti imkan tədbiri seçilib, digər iki nəfər isə xəsarət aldığından xəstəxanaların birində müalicə olunur. Faktla bağlı araşdırmalar aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun