Bu gün Xəzər dənizində maqnitudası 3,1 olan zəlzələ baş verib.
Space.TV-yazır ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:57-də qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.