Xəzər dənizində balıq ehtiyyatları ilbəil azalır

  • SpaceTV
  • 25 Fevral 2020 15:46

Aslan Zeynalov-peşəkar balıqçı vaxtında asatrin tutmusuq, ağ balıq tutmusuq, kütüm tutmsuuq, çəki tutmusuq.  indi o balıqlar yoxdu, o dərəcəyə gəldiki hamı uzaqlasdı balıqciliqdan, biri mən ozum bir ildir balıqa getmirem.

Dənizdə balığın azalması Aslan Zeynalovu sevdiyi peşəsindən ayırsada, balıqçı yoldaşlarından uzaqlaşdıra bilməyib. Dənizlə Kür çayının qovuşduğu ərazidə mütəmadi bir araya gəlib ötən günləri xatırlayıb köks ötürürlər.  Deyir Xəzərdə balıqlar ötən əsrin 90-cı illərindən başlayaraq azalır. Son 15 ildə isə daha da intensivləşib.

Artıq dənizdə Qızılbalıqa, Xaşam və Azatmayıya demək olar rast gəlinmir, təsadüfən toruna nərə cinsli iri balıq düşənlər isə şanslı balıqçı hesab olunur. Balıqçıları narahat edən həm də Kür çayında oxşar durumun yaşanmasıdır. Çayda vəziyyət o həddə çatıb ki, 20 il əvvəl torlarına 30, 40 kq Kür nərəsi düşəndə ov uğursuz sayanlar, indi özlərinində dediyi kimi balaca boblaya şükür edirlər.

Balıq ovçularının fikrincə balıqların yoxa çıxması, çayda, eləcədə dənizdə suyun səviyyəsinin asaqı düşməsi ilə əlaqədardır. Həmçinin…
Sinxron: Ələhməd Salmanov  balıqçı….Kürün ağzının lilənmə ilə əlaqədar oldu. balıq girib çaya kürü tökə bilmir. Qabaqki kür tamam qurudu, yeni kanal açıldı. Kanalında ağzında demək olar dərinlik yoxdur.

Ekoloqlar balıqçıların fikiri ilə razılaşsalarda, həm də bəzi balıqçıları bu məsələdə günahkarda bilirlər. İri gəmilərlə normadan çox balıq ovlandı, həm də jilka torlarla. Bu amildə balıqçılığa zərbə vurdu. Mütəxəsisslərin gəldiyi qənaət belədir.
Mütəxəssislər hesab edirlər ki, nərəcinsli balıqların azalması təkcə Azərbaycanda deyil, Xəzəryanın ölkələrin hər birində müşahidə olunur. Acı da olsa, bu faktı hamımız bilməliyik, ötən əsrin 80-ci illərindən indiyə kimi dənizdə balıq ehtiyyatları 30 dəfə azalıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun