Xəttə 20 yeni avtobus buraxıldı

  • Space TV
  • 31 Dekabr 2019 12:07

Kondisoner sistemi ilə təhciz edilib, fiziki imkanları məhdud, eləcə də uşaq arabası ilə olan sərnişinlərin avtobuslardan rahat istifadə etmələri üçün nəqliyyat vasitələri xüsusi mexanizmlə təchiz edilib. Bir sözlə bu avtobuslar sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə yüksək səviyyədə cavab verir.

Söhbət ölkəyə yeni  gətirilmiş Türkiyə istehsalı olan  20 sərnişin avtobusundan gedir. Bakı nəqliyyat agentliyi tərəfindən təqdimatı keçirilən avtobuslar, 160 saylı müntəzəm marşurut xəttində artıq bu gündən sərnişinlərin  istifadəsinə  verildi. Avro  6  standartlarına  cavab  verməsi  ilə fərqlənən 12 metrlik avtobusların istismara verilməsi 57 min  nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Müasir  standarlara  cavab verən bu avtobuslarda  bütün avadanlıqlar  komputer sistemi ilə proqramlaşdırılıb.Sərnişinlər avtobusda olduqları zaman

hətta enerji ötürücüləridən də istifadə edə biləcəklər.Ancaq müvəqqəti olaraq avtobuslarda ödəniş sistemi nağd pulla həyata keçiriləcək.

Bakı Nəqliyyat  agentliyindən  o da  bildirildi ki, ilin əvvəlində prezidentin göstərişinə  əsasən  ölkəyə  gətirilməsi  nəzərdə  tutulan  300 avtobusdan  daha 20-si yaxın günlərdə Bakıya gətiriləcək.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun