Xətai RPİ-nin əməkdaşları tərəfindən karantin günlərində 40 ailəyə maddi yardım edilib.

  • Space TV
  • 15 Aprel 2020 12:20

Xətai RPİ-nin  əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. İdarənin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq yaşatış yerlərini tərk edə bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər.

Sonuncu dəfə Xətai rayonunun müxtəlif məntəqələrində yaşayan daha 40 ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun