Xəstəxananın qarşısında vəfat etdi

  • SpaceTV
  • 25 Sentyabr 2020 14:22

Salyan sakini xəstəxana qarşısnda dünyasını dəyişib.  Spacetv.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində yerləşən Salyan Mərkəzi Rayon Xəstəxanasının qarşısında baş verib.

İlkin məlumata görə, Kürqaraqaşlı kənd sakini Rəhman  Süleymanov müayinə olunmaq üçün xəstəxanaya gəlib. Xəstəxananın həyətindəki oturacaqların  birində outran  zaman anidən halı pisləşib.

Rəhman Süleymanova ilk tibbi yardım göstərilsə də o, dünyasını dəyişib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Məlumata görə, mərhum Rəhman Süleymanov bir müddət əvvəl infarkt keçirib. Müayinə üçün  bu gün xəstəxanaya gəlib.  Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli, spacetv.az

Paylaş

 Xəbəriniz olsun