Xəstəxanalıq edən cehiz

  • SpaceTV
  • 9 Oktyabr 2019 18:18

Belə bir hal Daşkəsəndə yaşanıb. Abdullayeva Ayşənin gətirdiyi cehiz həyat yoldaşının valideynlərinin ürəyincə olmayıb. Nə qədər qəribə səslənsə də 19 yaşlı hamilə gəlin qayınanası və qayınatası tərəfindən vəhşicəsinə döyülüb.  Bədəninin çox hissəsi əzilən qadın dərhal xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda vəziyyətinin orta-ağır olaraq qalır. Gətirdiyi cehizi bəyənmədiklərinə görə gəlinlərini xəstəxanalıq etdilər. Məsələnin ən acınacaqlı tərəfi isə tək bununla bitmir . Yaxınları bildirir ki, 19 yaşlı Ayşənin döyülməsinin əsas səbəbi gəlin gələrkən ər evinə qoyun gətirməməsi olub.  Bəli düz eşitdiniz qoyun gətirmədiyinə görə. Bu, cehiz üstündə düşən ilk belə dava deyil. Dəfələrlə cehizin az olmasına görə aralarında mübahisə yaranan ailələrə rast gəlmək mümkündür. Və bəzən bu mübahisə qan davası səviyyəsinə qədər gəlib çıxa bilir. Belə hallar adətən yeni evliliklərdə baş verir. Belə olan halda isə ailənin gələcəyi sual altında qalır.

Belə hadisə ancaq Azərbaycanda baş verə bilər. Çünki, bizim qədər cehizə pul verən ikinci millət bəlkə də yoxdur. Ər evinə cehiz aparmaq qədim adətimiz olsa da, bəzən hədsiz israfçılıq baş bəlamıza çevrilir. Bu israfçılığa bəzən də rəqabət səbəb olur. “Qonşudan qalma geri” prinsipinə üstünlük verənlər özləri də səhv etdiklərini anlamırlar. Belə insanlar xoşbətliyi ailə münasibətlərində axtarmaqdansa, bahalı cehizdə görürlər. Və nəticədə ailə təməlsiz yaranır. Gənclər bu məsələlərə yox məhz öz aralarındakı münasibətlərə, onların möhkəmlənməyinə yönəlməlidirlər.

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun