Xəstəxanalardan 11 min maska oğurlandı

  • Space TV
  • 7 Mart 2020 10:10

Koronavirus yayıldıqdan sonra Fransa xəstəxanalarından 11 min ədəd tibbi maska və 1400-ə yaxın tibbi spirt flakonu oğurlanıb.

SPACE TV  xəbər verir ki, bu barədə “Fiqaro” nəşri məlumat yayıb.

Belə ki, yalnız “Bicat” xəstəxanasından 2 gün ərzində 2 min cərrahi maskanın yoxa çıxdığı bildirilib.

Marselin “Hopital de La Konsepşn” hospitalında da eyni hal yaşanıb. Burada da 2 min tibbi maskanın oğurlandığı deyilib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bütün tibbi maskaların səhiyyə işçilərinə və sözügedən xəstəlikdən əziyyət çəkənlərə paylanılacağını söyləmişdi.

Paylaş

 Xəbəriniz olsun