Xəstəxanada insident

  • SpaceTV
  • 15 Oktyabr 2019 14:58

Hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə aınıb. Belə ki,  Füzuli rayon sakini, 52 yaşlı Qəfər Hüsynov idarə etdiyi “KamAz” markalı yük maşını il hərəkətdə olarkən  “Mersedes” markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük maşını minik avtomobilini sürüyərək onun üzərinə aşıb. Qəza nəticəsində “Kamaz”ın sürücü və “Mersedes”də olan Hacıqabul rayonunun   Atbulaq kənd sakini, 24 yaşlı Ağasi Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri  alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. “Kamaz”ın sürücüsü ağır kəllə-beyin travması aldığından reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alan isə ilk yardımdan sonra ambulator müalicəyə buraxılıb. Həkimlərin səyinə baxmayaraq “Kamaz”ın sürücü Qəfər Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında xəstəxanada dünyasını dəyişib. Bundan qəzəblənən mərhumun yaxınları həkim və tibb bacılarına hücum çəkiblər. Reanimasiya və digər şöbələrin qapı-pəncərələrin şüşələrini sındırıblar.

Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra insident aradan qaldırılıb. Meyit isə müayin ə olumaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun