Xəstəlik yayılıb

  • SpaceTV
  • 31 Avqust 2019 14:16

Bir aya yaxındır ki,  Lerik rayonunun Zeynəko kəndində iribuynuzlu mal-qara arasında xəstəlik yayılıb. Mal-qara arasında təlafat var. Dövlət baytarlıq xidmətinin sədr Müavini Bayandur sözlərinə görə xəstəlik heyvanlarda temperaturun yüksəlməsi ilə başlayır, heyvan qidadan kəsilir, halsızlaşır, burnundan su axır, gözləri tutulur. Bədəninin müxtəlif hissələrində diametri 2-3 santimetr olan şişlər əmələ gəlir və bədən hərarəti yüksəlir. Xəstə heyvanlara Lerik Rayon Baytarlıq İdarəsinin həkimləri baş çəkib. Müəyyən edilib ki, mal-qara arasında yayılan xəstəliyin adı teyleriozdur.

Bu qan-parazitar xəstəliyə əsasən yüksək temperaturlu və quraqlıq ərazilərdə rast gəlinir. Teyleriozla yoluxmanın birinci piki yaz aylarında, ikinci piki yay aylarında olur, nadir hallarda isə qış aylarında müşahidə edilir. Xəstəlik  Zeynəko və ətraf kəndlərdə bir neçə təsərrüfatda da müşahidə olunur. Teylerioz yoluxucu xəstəlik olduğu üçün təsərrüfat sahibləri digər sağlam heyvanların da xəstəliyə yoluxmalarından narahatdırlar.

Xəstəliyin qarşısını almaq heyvanlar vaxtı vaktında çimizdirilmək məsləhət görülür. Həmçinin fermerlərə daha diqqətli olmaq və həmin heyvanların kəsilib, satılmamasını tövsiyyə edir.

Tural İbrahimov Space

Paylaş

 Xəbəriniz olsun