Xəstələrin geyimləri yandırılır

  • Space TV
  • 12 May 2020 17:06

Pandemiya müddətində  paytaxtdakı küçə və prospektlərin, yolların, yaşayış binaları və digər tikililərin, həyətlərin, park və istirahət yerlərinin, ticarət yerləri, iaşə obyektlərinin və dayanacaqların, bir sözlə insanların toplaşdığı yerlər mütəmadi olaraq xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilir.

Paytaxtda koronovirus xəstələrinin müalicəsi bir neçə xəstəxanada həyata keçirilir ki, bu xəstəxanalardan biridə 1 saylı Kliniki tibbi mərkəzdir.Digər tibb müəssisələrində olduğu kimi bu xəstəxanada da gündəlik olaraq   istifadə edilmiş geyim və tibbi vasitələri xüsusi qaydada utilizasiya edilir.

Mövcud karantin şəraitində koronovirus xəstələri və karantində olanlara xidmət edən həkim və tibb personalının istifadə etdiyi xüsusi geyim və vasitələrin tibb müəssisələrindən yığılaraq xüsusi qaydada utilizasiyası mühüm əhəmiyyət kəsb edir ki,bu tədbirlər digər şəxslərin də xəstəliyə yoluxmasının qarşısını alır.

kommunal xidmətlərin xüsusi texnikası tərəfindən xəstəxana və digər tibb müəssisələrindən istifadə edilmiş qoruyucu geyim və digər vasitələr toplanılaraq Abşeron rayonu, Pirəkəşkül  massivindəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhlükəli Tullantılar Poliqonu ərazisində yerləşən xüsusi  müəssisəyə təhvil verilir.

Onu da  bildiririk ki, bu prossesə cəlb edimiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri ölkə başçısının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı birliklərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə ayrılan vəsait hesabına Almaniyadan alınıb. Hazirda 3 ədəd belə avtomobil gündəlik olaraq paytaxtın tibb müəssisələrindən bu cür tullantıların toplanması və utilizasiya yerinə çatdırılması ilə məşğuldur. Yaxın günlərdə isə  paytaxda  daha 4 ədəd belə avtonəqliyyat vasitəsinin gətirilməsi nəzərdə tutulub.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun