Xəstə yaxınları və həkim münasibəti

  • SpaceTV
  • 17 Oktyabr 2019 19:45

Xəstəxanalar insanların adətən daha çox stres içində olduqları ictimai müəssisədir. Elə bu stresə görə xəstə yaxınları və həkimlər arasında baş verən mubahisələrin tez tez şahidi oluruq. Bu mübahisələr isə bəzən dava ilə də nəticələnir. Xəstə yaxınları ya xəstəxanada ya da başqa yerlərdə həkimlərə hücum edir.

Analoji hadisələrdən biri bu günlərdə Şirvan şəhərindəyaşanıb. Hacıqabulda yol qəzasında xəsarət alan sürücü xəstəxanada dünyasını dəyişdikdən sonra qəzəblənən xəstə yaxınları  həkim və tibb bacılarına hücum çəkiblər. Xəstəxananın qapı-pəncərələrini, şüşələrini sındırıblar.

Oxşar hadisə bir müddət əvvəl Füzulidə də qeydə alınıb. Xəstə yaxınları baş həkim Natiq Şükürovun evinə hücum edib.

Bunlar xəstə yaxınları ilə həkimlər arasında olan ilk hadisələr deyil. Müəyyən vaxtlarda belə halların şahidi oluruq. Stres içində olan xəstə yaxınları həkimlərdən onların edə bilməyəcəyi məsələlərin hesabını istəyirlər. Bəzi hallarda isə həkimlərin də vəziyyətin həssaslığını unudaraq düşünülməmiş bir sözü gərginliyə, mübahisələrə  səbəb olur. Bu mübahisələr  bəzən də dava ilə nəticələnir.

Xəstəxanalardakı təhlükəsizlik tədbirlərinin yetərli olmaması da bu insidentlərin əsas səbəblərindən biri hesab olunur.  Təhlükəsizlik xidməti əməkdaşlarının üzərinə  böyük yük düşür.

Ola bilər ki, xəstə yaxınları stres içində və aqressiv olsun. Bu zaman onlarla müəyyən dərəcədə həssas davranmaq tələb olunur.  Qeyd etdiyimiz kimi, bəzən həkimlər bu nüansı yaddan çıxarırılar. Lakin istənilən halda əgər zərurət yaranırsa məsələ qanunla həll edilməlidir.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun