Xərçəngə qarşı peyvənd

  • SpaceTV
  • 4 Noyabr 2019 16:22

Söhbət ölkəmizə ilk dəfə olaraq gətirilmiş uşaqlıq boynu xərçənginə qarşı “Gardasil 4″ peyvəndindən gedir. Hər il dünyada  528  min qadın bu xəstəliyə yoluxur, 166 min qadın isə  bu dəhşətli bəladan dünyasını  dəyişir. 

Bu səbəbdən də Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev onkologiyanın digər sahələrinə olduğu kimi bu sahəyə də  ciddi diqqət ayırıb və

bu ildən Milli Onkologiya Mərkəzindədə uşaqlıq boynunun profilaktikası  lahiyəsinə start verilib.  Ölkəmizdə  ilk  dəfə  olaraq  uşaqlıq boynu xərçənginə qarşı peyvəndin tətbiqinə başlanılıb. Bu peyvəndlər qadınların  xərçəngə  yoluxmasının  qarşısını alacaq.

Milli Onkologiya  Mərkəzinin  mama – ginekoloqu Nərgiz  Zeynal deyir ki, İnsanın Papilloma Virusunun dörd növünə qarşı peyvəndlər bir çox ölkələrdə artıq illərdir ki, istifadə üçün təsdiq edilib. Bizim  ölkədə isə  bu  ildən  başlayaraq  Milli  Onkologiya  Mərkəzində  bu virusa qarşı  peyvəndlərin   tətbiqinə  icazə verilib. Ancaq sözügedən peyvənd xərçəngin bütün növlərinə qarşı deyil, uşaqlıq boynu, anal, vaginal və xarici cinsiyyət üzvlərində olan xərçəng xəstəliklərindən qoruyur

Həkim deyir ki, süd vəzi xərçəngindən sonra dünyada qadınlar arasında ən çox rast gəlinən uşaqlıq boynu xərçəngidir. Bu peyvənd əvvəllər 11-12 yaşlı uşaqlara  və 26 yaşa qədər qadınlara tövsiyə edilirdisə, hazırda 9 yaşdan  46 yaşa  qədər  effektli sayılır.  Papilloma  virusuna  qarşı vurulan  Gardasil 4″ peyvəndi 10 il müddətində  insalarda  papilloma virusunun dörd növünə qarşı immunitet yaradır.

Mama ginekoloq Nərgiz  Zeynalın sözlərinə görə xərçəngin digər növləri ilə müqayisədə uşaqlıq boynu xərçəngi özünü gizli formada aparır. Ağrı olmadığından  xəstə  narahatlıq keçirmir.Ona görə də qadınlarımızın vaxtaşırı müayinədən  keçməsi  məsləhətdir ,çünki, bu xəstəlik yalnız erkən aşkarlandıqda onun qarşısını almaq daha asan olur.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun