Xərçəngə qalib gəldi – VİDEO

  • SpaceTV
  • 29 Oktyabr 2019 15:34

Nərmin  Əhmədova  16 ildir ki, Xətai rayonunda fəaliyyət göstərən 116 saylı orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstəriri. O,10 il öncə onkoloji xəstəlik səbəbindən 1 ayağını itirməli olur. Öncə bütün arzularının puç olduğunu düşünən gənc müəllim sonradan fiziki məhdudiyyət, insan üçün uğur qazanmağa, cəmiyyətə fayda verməyə, həyatda öz yerini tapmağa əngəl ola bilməz qənaətinə gəlir və bununla da həyata baxışı birə  min dəyişir

Nərmin Əhmədova  həkimlərin təyin etdiyi yanlış  diaqnoz nəticəsində yaranan problemdən yalnız ayağının birinin kəsilməsindən sonra həyatda qala bilir.Ayağını itirən gənc müəllim on gün yataqda qaldıqdan sonra yenidən işinin başına qayıdaraq əvvəlki kimi fəaliyyətini davam etdirir.

Şagirdlərin və kollektivin sevimlisinə çevrilən Nərmin Əhmədova həm də məktəbdə göstərdiyi fəalllığına görə də  seçilir. Müsahibim bildirir ki, istənilən çətinliyə sinə gərmək üçün öncə insanın özü iradəli olmalıdır. Yalnız bundan sonra insana əhatəsindəkilər yardımçı ola bilər

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun