Xələf Xələfov və Ramiz Tahirov Rusiya səfirliyində olublar

  • Space TV
  • 10 Noyabr 2020 17:10

Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov noyabrın 10-da Rusiyanın Azərbaycandakı səfirliyində olublar.

Spacetv.az xəbər verir ki, bu barədə məlumatı diplomatik nümayəndəliyin tvitter səhifəsi yayıb.

X.Xələfov və R.Tahirov Rusiyanın Mİ-24 hərbi helikopterinin vurulması ilə nəticələnən faciəvi hadisə ilə əlaqədar səfirliyə baş çəkiblər.

Paylaş

 Xəbəriniz olsun