Wifi şifrəsini oğurladığı üçün qonşusunu öldürdü

  • SpaceTV
  • 21 Noyabr 2019 16:13

Pakistanda baş verən cinayət hadisəsi dünya mediasının da diqqətini çəkib.

SPACE TV  xəbər verir ki, “İndependent”də yer alan xəbərə görə, Pakistanda yaşayan Kasım adlı bir şəxs qonşularının onun wifi kodunu oğurladıqlarını və istifadə etdiklərini iddia edib. Daha sonra o qonşusunun evinə mübahisəyə gedib. Lakin qonşusu onun iddialarını qəbul etməyib. Bu vaxt tərəflər arasında mübahisə qızışıb və Kasım qonşusu ilə oğlunu öldürüb.

Hadisədən sonra qatil qaçmağa çalışsa da, qısa müddətdə saxlanılıb. Onun birinci dərəcələri cinayət maddəsi ilə həbs edilməsi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun