“WhatsApp”da yeni funksiya

  • Space TV
  • 9 Fevral 2021 10:43

“WhatsApp” mesencerinin texniki heyəti yeni funksiyanı sınaqdan keçirir.

“RİA Novosti” məlumat verir ki, tezliklə istifadəyə verilməsi planlaşdırılan yeniliyə əsasən, bundan sonra istənilən videonu səssiz göndərmək mümkün olacaq.

Bunun üçün videoredaktə menyusuna daxil olub, ekranda görünəcək müvafiq işarəni basmaq kifayət edəcək.

Hazırda sözügedən funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyasında mövcuddur.

Bununla yanaşı, mesencerin növbəti versiyasında yeni animasiyalı stikerlər əlavə olunacaq, eləcə də qrup çatında istifadəçilərin xatırlanması funksiyası yaxşılaşdırılacaq.

Paylaş

 Xəbəriniz olsun