“WhatsApp”, “YouTube” və “Telegram”la bağlı bütün dünyada problemlər yaranıb

  • Space TV
  • 16 Dekabr 2020 13:43

“WhatsApp” və “Telegram” mesencerlərinin, eləcə də “YouTube” xidmətinin işində problemlər yaranıb.

Spacetv.az xəbər verir ki, bu barədə populyar internet şəbəkələrinin işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Mesencerlərin işi ilə bağlı ən çox şikayət İspaniya, Fransa, İtaliya, Almaniya, Belçika və Böyük Britaniyadan gəlib. Problemlər bir sıra Latın Amerikası ölkələrində də qeydə alınıb.

“WhatsApp” istifadəçilərinin təxminən 96 faizi serverə qoşula bilmədiklərini qeyd ediblər, üç faizi isə mesencerin veb versiyasında nasazlıqları bildirib.

“Telegram”da xidmətə qoşulma problemi 86 faizi narahat edib, daha 13 faiz istifadəçi isə mesaj göndərə bilmədiklərini açıqlayıblar.

“YouTube”a gəldikdə, 61 faiz istifadəçi videoya baxarkən, 34 faizi veb saytın yüklənməsində problemlərdən, dörd faizi isə videohosting səhifələrinə daxil ola bilməməkdən şikayətlənib.

Paylaş

 Xəbəriniz olsun