“Whatsapp” 400 min hesabı bağladı

  • SpaceTV
  • 22 Noyabr 2019 16:58

Sosial media nəhəngi “Facebook”un tərkibində olan “Whatsapp” yalan siyasi xəbərlərlə mübarizə üçün daha bir addım atıb.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, şirkət 400 min hesabı bloklayıb. Saxta siyasi xəbərlər səbəbindən hansı namizədlərin fayda gördüyü, hansı namizədlərin isə zərər gördüyü isə açıqlanmayıb.

Qeyd edək ki, keçən həftələrdə “Twitter”dən edilən açıqlamada artıq siyasi reklam qəbul etməyəcəkləri bildirilmişdi. “Google” şirkəti isə siyasi reklamlara qarşı yeni şərtlər gətirmişdi. Xüsusən ABŞ-da 2016-ci il prezident seçkilərindən sonra yalan siyasi xəbərlər əsas mövzulardan birinə çevrilmiş və buna qarşı mübarizə güclənmişdi.

Paylaş

 Xəbəriniz olsun