Vyetnam Azərbaycandan neft alacaq

  • Space TV
  • 30 Noyabr 2019 10:45

Vyetnamın dövlət şirkəti “Binh Son Refining and Petrochemical Co (BSR)” Azərbaycan Dövlət Neft Şirkəti ilə 2020-ci ildə 5 mln. barel xam neftin alınması üçün saziş imzalayıb.

SPACE TV xəbər verir ki, bu barədə Vyetnam şirkətindən bildirilib.

Məlumata görə, “SOCAR Trading” 2020-ci ilin ilk yarısında BSR-in “Dung Quat” neft emalı zavoduna 5 mln. barel həcmində “Azeri Light” neftini tədarük edəcək.

Şirkətdən bildirilib ki, Azərbaycan xam nefti 2020-ci ildən şirkətin strateji xam neft məhsullarından biri olacaq.

Vyetnam mövcud yataqlarda hasilatın azalması və Çinin dənizdə kəşfiyyat aparmasına mane olan mövqeyi səbəbindən neft idxalını artırıb. Noyabr ayından xam neftin idxalının vergidən azad olunması qüvvəyə minib. Vyetnamın xam neft idxalı bu ilin 11 ayında ötən ilin müvafiq dövründən 66% artaraq 7,44 mln. tona çatıb.

Paylaş

 Xəbəriniz olsun