Vüsal Qasımlı: Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB-də ikincidir

  • SpaceTV
  • 2 Oktyabr 2019 12:04

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB ölkələri arasında ikinci yerdə qərarlaşıb.

 SPACE TV xəbər verir ki, bu sözləri oktyabrın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən konfransda mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Bu o deməkdir ki, Azərbaycanda yaşayan və minimum əməkhaqqı alan şəxs ABŞ-da 595 dollar məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir”, – deyə o bildirib.

Paylaş

 Xəbəriniz olsun