Vüqar Səfərli YAP-dakı vəzifəsindən çıxarıldı

  • Space TV
  • 15 Fevral 2021 16:05

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifəsindən azad edilib.

Məlumata görə, V.Səfərli barəsində məhkəmə qərarı olduğuna görə, o, avtomatik olaraq YAP-ın Nərimanov rayon təşkilatının sədrinin müavini vəzifəsindən uzaqlaşdırılıb.


Spacetv.az xəbər verir ki, V.Səfərlinin YAP-dakı vəzifəsindən kənarlaşdırılması barədə ilk xəbəri “Unikal” yayıb.

Qeyd edək ki, bu ilin yanvarın 14-də məhkəmənin qərarı ilə V.Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.

V.Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Paylaş

 Xəbəriniz olsun