Vüqar Kərəmov Yaponiyada zədələnsə də, qələbə qazandı

  • SpaceTV
  • 22 Fevral 2020 19:18

Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmovun “Rizin” turnirində debütü uğurlu alınıb.

SPACE TV -ın xəbərinə görə, 28 yaşlı idmançımız Yaponiyanın Hamamatsu şəhərində keçirilən “Rizin 21” turnirində özündən iki yaş böyük Quam (ABŞ) təmsilçisi Kayl Aquondan üstün olub.

Görüş əsnasında sağ qaşından zədə alsa da, idmançımız hakimlərin yekdil qərarına əsasən qalib elan edilib.

Bu, onun peşəkar MMA karyerasında 15-ci qələbəsi olub. Həmçinin, bu döyüşlə V.Kərəmov ardıcıl 11-ci qələbəsini qazanıb.

Paylaş

 Xəbəriniz olsun