Vüqar Gülməmmədov: “Büdcə vəsaitlərindən istifadə edən dövlət qurumlarında maliyyə hesabatlarının aparılmasında çoxsaylı nöqsanlara yol verilir”

  • SpaceTV
  • 13 Sentyabr 2019 14:14

“Müəyyən etmişik ki, büdcə vəsaitlərindən istifadə edən dövlət qurumlarında maliyyə hesabatlarının mühasibat uçotunun aparılmasında çoxsaylı nöqsanlara yol verilir”.

Space xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun əsas hədəfi bütün dövlət sektoru üçün hazırlanmış yaxud konsolidə olmuş maliyyə hesabatlarına verilmiş əsas rəydir: “Hazırda bununla bağlı ölkə qanunvericilikdə hər hansı tələb yoxdur. Nəinki dövlət sektoru üçün, heç büdcə təşkilatkarının da maliyyə hesabatlarının konsolidasiyası aparılmır deyə ona rəy də vermək olmur. Bu dövlətə məxsus olan aktivlərin, öhdəliklərin, qeyri maddi aktivlərin hamısını özündə ehtiva edən vacib sənəddir. Yəni dövlət hər hansı bir tarazlıq yaradacaq qərar qəbul etdiyi zamanı bu hesabatlardan istifadə etməsi mümkün olmalıdır. Bu hesabatlar etibarlı olmalıdır. Təhriflərə yol verilməməlidir”.

Onun sözlərinə görə, bu gün dövlət qurumlarında daxili nəzarət sistemi zəif qurulub və biz bunu qeyri qəbaətbəxş hesab edirik.

V.Gülməmmədov bildirib ki, təmsil etdiyi qurum dövlət qurumlarının maliyyə hesabatlarının konsolidasiya olunmasının qanunvericilikdə təmsil olunması üçün hökumətə müraciət etməyiblər: “Bu daha çox icra qurumlarının səalhiyyətində olan məsələdir. Konsolidə olunmiş maliyyə hesabatı olmalıdır ki, biz də ona rəy verək. Amma bunun büdcə qanunvericiliyində tətbiqi üçün heç bir müraciət etməmişik”. 

V.Gülməmmədov Palatanın apardığı audit tədbirlərinin tam açıqlanmamasına da aydınlıq gətirib: “Hesablama Palatası apardığı audit tədbirləri ilə bağlı mütəmadi məlumatlandırır. Bu il artiq “Audit” jurnalinın 3cü nəşri çıxacaq və orada audit tədbirləri haqqında da məlumat veriləcək”.

Paylaş

 Xəbəriniz olsun