Vulkanın kül sütunu yeddi kilometr hündürlüyə qalxdı

  • Space TV
  • 3 Fevral 2020 17:29

Yaponiyanın cənubunda yerləşən Kaqosima prefekturasındakı Sindake vulkanı yeddi kilometr hündürlüyə kül sütunu püskürüb.

NHK telekanalı vulkan püskürməsini əks etdirən kadrları yayımlayıb.

Meteoroloqlar yerli sakinlərə vulkan püskürən ərazidən iki kilometr aralıda durmaq barədə xəbərdarlıq edib.

Paylaş

 Xəbəriniz olsun