Vulkan püskürməsinin qurbanlarının cəsədləri aşkar edilib

  • SpaceTV
  • 13 Dekabr 2019 11:24

Xilasedicilər Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsinin qurbanlarının cəsədlərini tapıblar.

SPACE TV-in məlumatına görə, bu barədə ölkə polisi bildirib.

Öncə xəbər verilib ki, səkkiz əsgərdən ibarət xilasetmə qrupu ölənlərin qalıqlarını axtarmaq üçün adaya enib.

Məlumatda deyilir: “Altı cəsəd Uayt-Aylend adasından hava daşınması üçün hazırlanıb və onların helikopterlə Wellington gəmisinə daşınması prosesi başladı”.

Ölənlərdən birinin qalıqları artıq adadan uğurla çıxarılıb.

Paylaş

 Xəbəriniz olsun