Vulkan püskürməsi 18 nəfərin həyatına son qoydu

  • Space TV
  • 13 Yanvar 2020 12:40

Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

TASS agentliyi xəbər verir ki, bu barədə məlumatı ölkə polisi özünün rəsmi saytında yayımlayıb.

Xatırladaq ki, Yeni Zelandiyanın Plenti körfəzində yerləşən Uayt-Aylend adasında vulkan püskürməsi iki aya yaxındır davam edir. Hadisə baş verdiyi gün adada 47 nəfər olub.

Rəsmilər hadisədən bir gün sonra doqquz nəfərin həlak olduğu barədə məlumat veriblər. Lakin bir müddətdən sonra ölənlərin sayı barədə fərqli rəqəmlər ortaya çıxıb. 

Paylaş

 Xəbəriniz olsun